`Putin böyük dövlət adamıdır` - Ərdoğanın məsləhətçisi


16:40     21 Noyabr 2016 20150903AW516571_01.jpg

”ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir”.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib.

Y. Topçu bildirib ki, Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır: “İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular”.

Femida.az

Açar sözlər:

Oxunub: 1323